Qaradağ rayonunda 50 yaşlı kişi bazarda bıçaqlanıb


Digərləri 27 Mar 2018 08:08:00 246 0

Qaradağ rayonunda 50 yaşlı kişi bazarda bıçaqlanıb

Onun vəziyyəti ağır kimi qiymətləndirilir

Bakının Qaradağ rayonunda orta yaşlı kişi bıçaq xəsarəti alıb.

Son.az "Report"a istinadən bildirir ki, hadisə Lökbatan qəsəbəsində baş verib.

"Meyvəli bazar"da satıcı kimi fəaliyyət göstərən 1968-ci il təvəllüdlü Qafarov Zahid Həsən oğlu tanımadığı şəxslə əlbəyaxa dava edib. Nəticədə o, kürəyinin sol tərəfindən bıçaqlanıb. Yaralının vəziyyəti ağır olduğundan Z. Qafarov 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsində araşdırma aparılır.