Sifarişlə işləyən antimilli ünsürlər: cəmiyyət onları ciddi qəbul etmir VİDEO


Siyasət 26 Mar 2018 22:40:00 350 0

Sifarişlə işləyən antimilli ünsürlər: cəmiyyət onları ciddi qəbul etmir  VİDEO

Orduxan Teymurxan,Vidadi İsgəndərli, Tural Sadıqlı və Məhəmməd Mirzəli kimi Azərbaycan əleyhinə kampaniya aparan şəxslər Avropada, xüsusən də Almaniyada gənclər arasında heç bir mövqeyə sahib deyirlər. Onların dediklərinin cəmiyyətdə heç bir təsiri yoxdur. Çünki küçə süyüşləri ilə danışan, heç bir fakta əsasalnmayan böhtan dolu çıxışlar edən bu insanların nə özləri, nə də fikirləri ciddi qəbul olunur.

Son.az bildirir ki, Alman-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Lalə Məmmədli deyir ki, həmin şəxslərin fəaliyyətini yalnız bir-iki nəfər dəstəkləyir ki, onların da bu işi həyata keçirməkdə müəyyən maraqları var.

Adları çəkilən bu şəxslər daha çox sosial şəbəkələrdə aktiv olurlar. Ancaq onların bu səyləri də heç bir nəticə vermir. Çünki Almaniyada təhsil alan bir qurub tələbə elə sosial şəbəkələr vasitəsilə onların Azərbaycan dövlətinə qarşı apardığı kampaniyanın müəyyən maraqlar qarşılığında həyata keçirilməsi ilə bağlı həm alman tələbləri, həm də digər vətəndaşları məlumatlandırırlar. Diasporla İş üzrə Dövlət Komitəsinin və Hannover şəhərində fəaliyyət göstərən Alman-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə "Vətənim Azərbaycandır" layihəsi çərçivəsindəAzərbaycana gələn 25 gənc deyir ki, onların yaşadığı ölkədə Azərbaycan sürətlə inkişaf edən, siyasi çəkisi günbəgün artan bir ölkə kimi tanınır. Onlar da məhz Azərbycan reallıqlarını olduğu kimi yaşadıqları cəmiyyətdə nümayiş etdirməyə çalışırlar.

Gənclər deyir ki, qarayaxma, böhtan üzərində qurulmuş kampaniyaların hansı məqsədə qulluq etdiyi hər kəsə məlumdur. Bunu həyata keçirən insanlar yalnız maddi maraqları müqabilinə öz vətənini satanlardır. Onlara sifariş verən, Azərbaycana təziq göstərəməyə çalışan qüvvələr bunun əhəmiyyətsiz olduğunu anlayıb maliyyəni kəsdikdə isə həmin antmilli ünsürlər yenə boynunu büküb qalacaqlar. Amma satqın damğası onların alnında qalacaq. /xezerxeber.az

Videonu izləmək üçün şəklə klikləyin: