Rusiya şirkətləri Azərbaycana qida avadanlıqları və qablaşdırmaları tədarük edəcəklər


Digərləri 26 Mar 2018 22:44:00 285 0

Rusiya şirkətləri Azərbaycana qida avadanlıqları və qablaşdırmaları tədarük edəcəklər

Rusiyanın qida avadanlıqları və qablaşdırmaları istehsalçıları Azərbaycana məhsul tədarükü haqqında ilkin sazişlər imzalayıblar.

Son.az Trend-ə istinadən bildirir ki, müvafiq razılaşmalar Kölndə "Anuga FoodTec - 2018" sərgisində əldə olunub.

Sərgidə Rusiya ekspozisiyasının operatoru olan "Rosspeçmaş" Assosiasiyası analoji sazişlərin Slovakiya və Pakistan şirkətləri ilə də imzalandığını bildirir. Həmçinin Rusiyanın qida sənayesinin məhsulları ilə Kuba, Vyetnam, Braziliya, Norveç və Avstraliya şirkətləri maraqlanır.