Puçdemonun həbs müddəti uzadılıb


Dünya 26 Mar 2018 22:35:00 307 0

Puçdemonun həbs müddəti uzadılıb

Almaniya məhkəməsi sabiq Kataloniya hökumətinin başçısı Karles Puçdemonun həbs müddətini uzadıb.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə Almaniyanın Noymünster şəhər məhkəməsi qərar çıxarıb.

Bundan sonra məhkəmə sabiq Kataloniya rəhbərinin İspaniyaya ekstradisiya olunması məsələsinə baxacaq.

Qeyd edək ki, Finlandiyadan Belçikaya gələn K. Puçdemon ötən gün Almaniyanın Danimarka ilə sərhədində Almaniya polisi tərəfindən saxlanılıb.