DİQQƏT! Xəbəriniz olmadan adınıza cərimə, sürücülük vəsiqəsinə isə bal yazıla bilər VİDEO


Digərləri 26 Mar 2018 22:26:00 298 0

DİQQƏT! Xəbəriniz olmadan adınıza cərimə, sürücülük vəsiqəsinə isə bal yazıla bilər  VİDEO

Özünüzün də xəbəriniz olmadan adınıza cərimə, sürücülük vəsiqəsinə isə bal yazıla bilər.

Son.az bildirir ki, bəzi avtomobil sahibləri cərimələrdən gələn balların öz sürücülük vəsiqəsinə düşməməsi üçün yeni üsula əl atırlar. Onlar başqalarına bilərəkdən etibarnamə verir ki, cərimələr həmin şəxsə getsin.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirir ki, bunun əsas səbəbi etibarnamə ilə bağlı qanunun hələ də qüvvədə olmasıdır. Onun sözlərinə görə, dünyanın əksər ölkələrində etibarnamə ilə avtomobil idarə etmək məsələsi yoxdur.

Ərşad Hüseynov deyir ki, hətta şəxsin xəbəri olmadan da onun adına etibarnamə verilə bilər. Çünki etibarnamə birtərəfli bağlanan əqddir.