Bu çay sonsuzluq və xərçəngə səbəb olur
Digərləri 26 Mar 2018 22:04:00 345 0
Müasir insanların bir çoxu çay paketlərindən istifadə etməyə üstünlük verir.
Bu zaman lazım olan şey bir paket çayı qaynar su ilə dolu fincana salıb, cəmi yarım dəqiqə gözləməkdir. Budur, bir neçə saniyə ərzində çayınız hazırdır.
Lakin ekspertlərin fikrinə görə, bu rahatlıq bizə baha başa gəlir. Çay paketlərindən daim istifadə insan sağlamlığına ciddi ziyan vurur.
Çay paketlərinin istehsalı üçün artıq qalan çay tozundan, tullantılardan istifadə olunur. Belə "çay"ın rəngini və dadını yaxşılaşdırmaq üçün ona müxtəlif kimyəvi maddələr - aromatizatorlar, konservantlar və s. - qatılır.
Son.az saglamolun.az-a istinadla xəbər verir ki, çay paketlərindən istifadə orqanizmdə xlorun səviyyəsini artırır. Xrol çay paketlərinin kağızının ağardılması üçün istifadə olunur.
Ümumiyyətlə, çay paketlərinin kağızı çox ziyanlıdır. Qaynar suya salındıqda dağılmayan, formasını dəyişməyən bu "kağız"ın adi kağızla heç bir əlaqəsi yoxdur.