Qardaş qardaşı spirtli içki üstündə döyüb


Kriminal 26 Mar 2018 22:08:00 266 0

Qardaş qardaşı spirtli içki üstündə döyüb

Neftçalada döyülmə hadisəsi baş verib.

Son.az report.az-a istinadən bildirir ki, hadisə rayonun Həsənabad qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini, 1986-cı il təvəllüdlü Elçin Əli oğlu Əsgərovla qardaşı arasında spirtli içki üstündə mübahisə yaranıb. Nəticədə E. Əsgərov qardaşı tərəfindən döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.