Bu insanlar sarımsaq yeməməlidir


Digərləri 26 Mar 2018 19:49:00 383 0

Bu insanlar sarımsaq yeməməlidir

Sarımsaq ən faydalı tərəvəzlərdən biri sayılır. Sarımsaq orqanizmə güclü virus və mikrob əleyhinə təsir edir, qurdları öldürür, damarların sağlamlığını qoruyur, xərçəng xəstəliyinin qarşısını alır.

Lakin bütün bu faydalı xüsusiyyətlərə baxmayaraq bəzi insanlara sarımsaq yemək olmaz.

Son.az saglamolun.az-a istinadən bildirir ki, qaraciyər və böyrək xəstəlikləri olan insanlar  sarımsaq yeməməlidir ki, bu xəstəliyin daha da kəskinləşməsinə səbəb ola bilər.

İshala meylli olan insanlar da sarımsaqdan imtina etməlidir. Sarımsaq bağırsaqları qıcıqlandırır, ishalın güclənməsinə səbəb olur.