Tbilisidə nazir maşını məktəblini vurub


Dünya 26 Mar 2018 19:34:00 285 0

Tbilisidə nazir maşını məktəblini vurub

Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvilinin avtomobili ilə 11 yaşlı məktəbli vurulub.

Son.az APA-ya istinadən bildirir ki, hadisə Tsxneti şossesində yerləşən məktəbin yaxınlığında baş verib. Məktəbli xəstəxanaya çatdırılıb. Onun həyatı üçün təhlükə yoxdur.