"Faşist simvolikalarının bərpası yolverilməzdir"


Dünya 26 Mar 2018 19:02:00 326 0

"Faşist simvolikalarının bərpası yolverilməzdir"

"Faşist simvolikalarının bərpası yolverilməzdir".

Son.az APA-ya istinadən bildirir ki, bunu Gürcüstanın Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Birliyinin sədri Tengiz Şubladze Tbilisidə faşizmin qəhrəmanlaşdırılmasına qarşı mübarizəyə həsr olunmuş beynəlxalq konfransda deyib.

O bildirib ki, hazırda bəzi ölkələrdə faşizmin qəhərmanlaşdırılması ilə bağlı təhlükəli tendensiya müşahidə olunur: "Ümid edirəm ki, bunun qarşısını almaq üçün qabaqcıl ölkələr fəal mübarizəyə qoşulacaq. Gənclər arasında neonasizmin yayılması da çox narahatedicidir".