Lövhədə "Microsoft"un şəklini çəkdi, gözləmədiyi hadisə baş verdi FOTO


Digərləri 26 Mar 2018 19:07:00 266 0

Lövhədə "Microsoft"un şəklini çəkdi, gözləmədiyi hadisə baş verdi  FOTO

Afrikanın Qana Respublikasından olan 33 yaşlı informatika müəllimi Riçard Akoto dünya gündəminə düşüb. 

Son.az axşam.az-a istinadən bildirir ki, Riçard uzun müddət dərsləri kompütersiz keçən uşaqlar üçün maraqlı çıxış yolu tapıb. Belə ki, o, hər dəfə dərs zamanı "Microsoft Word" də daxil olmaqla, digər proqramları izah etmək üçün onların interfeysini lövhədə çəkib. Bu mənzərə isə qısa müddətdə sosial şəbəkələrdə yayılmağa başlayıb.

Dünyanın ayrı-ayrı ölkələrindən insanlar Riçarda və şagirdlərinə yardım etmək üçün müraciət ünvanlayıb. Bir ay sonra isə Britaniya universitetlərindən biri məktəbə ilk kompüteri bağışlayıb. Müxtəlif universitetlərdən daha 5 kompüter də məktəbə göndərilib. Akotonun özü üçün isə şəxsi noutbuk yollayıblar. 


Xəbərə aid fotolar