Oğurluq edən azyaşlı saxlanıldı


Kriminal 26 Mar 2018 18:57:32 251 0

Oğurluq edən azyaşlı saxlanıldı

Şabranda mağazadan mobil telefon oğurlamaqda şübhəli bilinən azyaşlı saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Son.az-a verilən məlumata görə, martın 24-də Şabran şəhər sakini Elşən Paşayev RPŞ-yə ərizə ilə müraciət edərək ona məxsus Grand mağazasından ümumi dəyəri 1200 manat olan 5 ədəd mobil telefonun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən bir nəfər azyaşlı saxlanılıb.

Dindirilmə zamanı saxlanılan şəxs törətdikləri cinayəti etiraf edərək oğurladığı mobil telefonları müxtəlif şəxslərə satdığını bildirib.