"Nifrət püskürən bu adamları susdurmalıyıq"


Siyasət 26 Mar 2018 18:40:00 248 0

"Nifrət püskürən bu adamları susdurmalıyıq"

"Açıq və təəssüflə demək lazımdır ki, hələ indiyədək Azərbaycanın siyasi səhnəsində bu qədər çirkli, əxlaq və etika normalarından uzaq oyunlar oynanılmamışdı. Xaricdə Azərbaycanı sevməyən dairələrin maşasına çevrilən bir qrup adamın social şəbəkələr üzərindən başlatdıqları nifrət qoxulu, hətta əsrlərin süzgəcindən süzülüb gələn dəyərlərimizi belə ayaqlar altına alan davranışları yalnız ürəkbulandırıcı deyildi, həm də son dərəcə təhlükəli idi".

Son.az bildirir ki, bunu SİA-ya açıqlamasında "İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı deyib.

Onun sözlərinə görə, siyasi mübarizənin sərhədlərini aşıb gələcəkdə ağır şəxsi faciələrə səbəb olacaq səviyyədə dramitikləşən bu vəziyyətə kimsə DUR deməli, onlara sivil, insani və siyasi əxlaq çərçivəsində mübarizənin sərhədlərini göstərməli idi: "Azərbaycanı, onun simvol və dəyərlərini qaralamaq üçün şeytanla (bu obrazlı ifadə deyil) əməkdaşlığa belə hazır olanlara DUR demək kimi ağır və məsuliyyətli missiyanı hörmətli Prezidentin köməkçisi Əli Həsənov öz üzərinə götürdü və bu söyüş maşınlarına Azərbaycanı, onun Prezidentini, dəyələrini sevən, hörmət edən və qorumağa hazır olanlar adından siyasi etika, sivil normalar çərçivəsində gərəkəni söylədi. Ancaq görünən odur ki, nifrət püskürən bu adamlar susmaq istəmir. Ancaq bizlər dövlətçilik maraqlarımızı, milli-mənəvi dəyərlərimizə olan hücumları görməzdən gələrək susmaqla, bu təhlükəli tendensiyaya göz yummaqla şəxsimizi qoruduğumuzu düşünürüksə yanılırıq. Növbə hər kəsə çatacaq. Ancaq bu gün qorumağa tərəddüd etdiyimiz dəyərlərimizi itirəriksə sonra çox gec ola bilər".