Ayaqqabı sexindən oğurluq edənlər saxlanıldılar


Kriminal 26 Mar 2018 18:23:50 207 0

Ayaqqabı sexindən oğurluq edənlər saxlanıldılar

Daxili İşlər Nazirliyinin (DİN) "102 Zəng Mərkəzi" Xidmətinə Mingəçevir şəhərindəki ayaqqabı sexlərinin birindən oğurluq edilməsi barədə məlumat daxil olub.

DİN-dən Son.az-a verilən məlumata görə, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla ayaqqabı təmiri-tikiş sexindən 3100 manat dəyərində ayaqqabı qəliblərinin oğurlandığı məlum olub.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakinləri Teymur Mustafayev, Tural Nabudov, Firdovsi Mustafayev və onun qardaşı Vüqar polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıblar.