ABŞ 60 rusiyalı kəşfiyyat zabitini ölkədən çıxarır və Sietldəki baş konsulluğu bağlayır


Dünya 26 Mar 2018 17:53:51 272 0

ABŞ 60 rusiyalı kəşfiyyat zabitini ölkədən çıxarır və Sietldəki baş konsulluğu bağlayır

Rusiya XİN: "Moskva analoji addımlar atacaq"

ABŞ "Skripal işi"ndə Böyük Britaniyayla həmrəy olduğunu göstərmək üçün 60 rusiyalı kəşfiyyat zabitini ölkədən çıxarmaq və Rusiya Federasiyasının Sietldəki baş konsulluğunu bağlamaq barədə qərar qəbul edib.

"Report" "Politico"ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ administrasiyasından olan məmur məlumat verib.

Məmurun bildirdiyinə görə, bu gün Prezident Donald Tramp onlarla rusiyalı kəşfiyyatçını ölkədən çıxarmaq və sualtı qayıq bazalarından birinə yaxın olması səbəbindən Sietldəki Rusiya baş konsulluğunu bağlamaq barədə sərəncam imzalayıb.

Rusiya Xarici İşlər Nazirliyindən isə rəsmiMoskvanın analoji addımlar atılacağı və ABŞ-ın diplomatik missiyasının azı 60 əməkdaşının ölkədən göndəriləcəyi bildirilib.