Ötən il Bərdə rayonunda üç dəfə çox pambıq əkilib


Digərləri 26 Mar 2018 17:43:04 209 0

Ötən il Bərdə rayonunda üç dəfə çox pambıq əkilib

Ötən il Bərdə rayonunda üç dəfə çox pambıq əkilib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev Bərdədə Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində deyib.

İcra başçısı qeyd edib ki, ötən il rayonda 8518 hektar - əvvəlki ildəkindən üç dəfə çox pambıq əkilib. 2017-ci ildə isə 22 min 400 ton, yəni, əvvəlki illə müqayisədə 3 dəfə çox pambıq tədarük edilib. Ötən təsərrüfat ilində ümumi məhsuldarlıq 26,3 sentner olub:

"Keçən il rayonda pambıqçılığın inkişafı hesabına 8 mindən çox sakinimiz işlə təmin edilib, fermerlərə istehsal olunmuş pambığa görə 11,2 milyon manat vəsait ödənilib. Əlavə olaraq istehsalçılara son məhsula görə 2,3 milyon manat subsidiya veriləcəkdir. Ötən təsərrüfat ilində hər hektardan 40-45 sentner yüksək məhsuldarlıq əldə edərək təkcə pambıq istehsalından 70-80, hətta 120 min manatdan yuxarı real qazanc əldə edən fermerlərimiz olub".