Akademik Milli Dram Teatrında yeni premyera olacaq


Digərləri 26 Mar 2018 17:14:00 213 0

Akademik Milli Dram Teatrında yeni premyera olacaq

Kamal Abdullanın “Bir, iki – bizimki!” tamaşasının premyerası keçiriləcək.

Bakı. Martın 27-də, saat 19:00-da Akademik Milli Dram Teatrında yazıçı Kamal Abdullanın “Bir, iki – bizimki!” tamaşasının premyerası keçiriləcək. Teatrın mətbuat katibi Cavid Zeynallının Trend-ə verdiyi məlumata görə, səhnə əsərinin quruluşçu rejissoru Əlif Cahangirli, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq rejissoru Rafael Həsənov, səs rejissoru Şahanə Səlimovadır.