Prezident Orxan Sultanovu mükafatlandırdı


Siyasət 26 Mar 2018 16:42:00 237 0

Prezident Orxan Sultanovu mükafatlandırdı

Prezident İlham Əliyev Orxan Sultanovun 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsi və milli maraqlarının müdafiəsi sahəsində səmərəli fəaliyyətinə görə Orxan Sedyar oğlu Sultanov 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilsin.