Qubadakı tarixi hamam bərpa edilib FOTO


Digərləri 26 Mar 2018 16:30:00 281 0

Qubadakı tarixi hamam bərpa edilib  FOTO

ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə bərpa edilmiş Qubadakı tarixi "Hündür gümbəzli hamam"ın açılış mərasimi keçirilib.

Son.az-ın Trend-ə istinadən məlumatına görə, hamamın bərpası ABŞ Səfirlərinin Mədəni irsin Qorunması Fondunun dəstəyi və Mədəniyyət və Turizm Nazirliyi ilə birgə həyata keçirilib.

XIX əsrin əvvəlində tikilən və yeni bərpa olunan hamamın açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta və xanımı, həmçinin, Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev iştirak ediblər.