AZAL Lənkəranla Moskva arasında uçuşlar həyata keçirə bilər


İqtisadiyyat 26 Mar 2018 16:10:00 258 0

AZAL Lənkəranla Moskva arasında uçuşlar həyata keçirə bilər

Bununla bağlı danışıqlar aparılır

“Azərbaycan Hava Yolları” QSC (AZAL) yaxın vaxtlarda Lənkəranla Moskva arasında uçuşlar həyata keçirə bilər.

“Report” xəbər verir ki, bu barədə Rusiya paytaxtının Vnokovo Beynəlxalq Aeroportu məlumat yayıb.

Məlumata görə, aviareyslər builki yay mövsümü üçün nəzərdə tutulub.

Məsələ ilə bağlı “Report”a açıqlama verən AZAL prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski bildirib ki, hazırda bununla bağlı tərəflər arasında danışıqlar aparılır.