Nazir: "Ermənistan faktaraşdırıcı missiyaların bölgəyə səfərinə əngəllər törədir"


Siyasət 26 Mar 2018 15:56:40 248 0

Nazir: "Ermənistan faktaraşdırıcı missiyaların bölgəyə səfərinə əngəllər törədir"

İşğal olunmuş torpaqlarda Azərbaycanın tarixi memarlıq abidələri, bizim mirasımız müflisləşərək qalır.

Son.az-ın APA-ya istinadən məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. O bildirib ki, ərazidə gedən proseslər abidələrin qorunmasına, bərpasına, mühafizəsinə imkan vermir:

"İşğalçı qonşularımız bu məkanları dağıdır, özününküləşdirir, onların tarixi dəyişdirir və biz təəssüflər olsun ki, bu gün ciddi hərəkətə keçə bilmirik. Azərbaycan tərəfindən ərazi bütövlüyü bərpa edildikdən sonra bu işlərlə ciddi məşğul olacağıq. Buna baxmayaraq, bu məsələləri beynəlxalq ictimaiyyət qarşısında qaldırırıq. Faktaraşdırıcı missiyaların gəlməsini arzulayırıq. Bununla bağlı dəfələrlə müraciət etmişik. İşğalçı siyasət həyata keçirən Ermənistan tərəfindən bu missiyaların həyata keçirilməsi üçün əngəllər törədilir".