"JPMorgan": "Brent" markalı neftin qiyməti 50 dollar/barelə düşəcək


İqtisadiyyat 26 Mar 2018 15:40:11 260 0

"JPMorgan": "Brent" markalı neftin qiyməti 50 dollar/barelə düşəcək

ABŞ bankı OPEC üzvlərində neftin büdcə qiymətinin mümkün neytral həddini açıqlayıb

Dünya bazarında"Brent" markalı neftin qiyməti ortamüddətli perspektivdə 50 dollar/barelə düşəcək.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki,bu proqnozla ABŞ-ın nüfuzlu "JPMorgan" bankı çıxış edib.

Qurumun proqnoz-hesabatda qeyd olunub ki, Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və beynəlxalq neft şirkətləri arasında rentabellilik uğrunda rəqabət neftin ucuzlaşmasına səbəb olacaq. Neftin daha rəqabətqabiliyyətli maya dəyərinə sahib olduğuregionlar uzunmüddətli perspektivdə qiymətin müəyyənləşməsi üçün əsas rol oynayacaqlar.

Bank həmçinin bəyan edib ki,OPEC üzvlərindəneftin büdcəqiymətinin neytral həddi 2018-ci ildə üçün 65 dollar/barel, 2020-ci ildə isə50 dollar/barel təşkil edəcək.