İngilis futbolçu mundiala cangüdənlə gedəcək


İdman 26 Mar 2018 15:43:00 249 0

İngilis futbolçu mundiala cangüdənlə gedəcək

İngiltərə yığmasının futbolçularından biri Rusiyada keçiriləcək dünya çempionatına cangüdənlə yollanacaq. 

Goal.az-ın Britaniya mətbuatına istinadən məlumatına görə, adı açıqlanmayan həmin oyunçu yerli futbol federasiyasına bununla bağlı müraciət edib.

Mundial zamanı onu qoruyacaq cangüdən hər saatına 40 funt-sterlinq alacaq. Ümumilikdə futbolçu təhlükəsizlik xidməti üçün 7 min funt-sterlinq ödəməlidi. Federasiya isə bu məbləği qarşılamayacağını bildirib.

Qeyd edək ki, İngiltərə yığması dünya çempionatında Belçika, Panama və Tunislə bir qrupda mübarizə aparacaq.