“Biz yanırıq, əlvida...” 13 yaşlı Mariya FOTO


Dünya 26 Mar 2018 14:10:00 258 0

“Biz yanırıq, əlvida...”  13 yaşlı Mariya  FOTO

Rusiyanın Kemerova şəhərində “Qış albalısı” ticarət mərkəzindəki yanğında itkin düşən yeniyetmələrdən ikisinin son paylaşımı yayılıb

Rusiyanın Kemerova şəhərində "Qış albalısı" ticarət mərkəzindəki yanğında itkin düşən yeniyetmələrdən ikisinin son paylaşımı yayılıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, skrinşotlar "Telegram"da yayılıb. Fotolarda 13 yaşlı Mariya Moroz və 12 yaşlı Maya Yeroxinanın son sözləri yer alıb. Mariya ticarət mərkəzində yanğın olduğunu qeyd edib. Onun son sözü "Biz yanırıq. Bəlkə də əlvida"- olub.

Maya isə "Vkontakte" hesabında sonuncu dəfə 17:44-də aktiv olub və "Bu sondur" sözlərini yazıb.


Xəbərə aid fotolar