Kemerovo vilayətində üçgünlük matəm elan ediləcək


Dünya 26 Mar 2018 13:55:37 239 0

Kemerovo vilayətində üçgünlük matəm elan ediləcək

Son məlumatlara görə, ticarət mərkəzində baş verən yanğında 64 nəfər ölüb

Rusiyanın Kemerovo vilayətində martın 27-dən etibarən "Zimnyaya vişnya" ticarət-əyləncə mərkəzində baş vermiş yanğınla əlaqədar üçgünlük matəm elan ediləcək.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə region administrasiyasından bildiriblər.

Xatırladaq ki, Kemerovo şəhərində yerləşən dördmərtəbəli "Zimnyaya vişnya" ("Qış albalısı") ticarət mərkəzində yanğın dünən baş verib. Son məlumatlara görə 64 nəfər ölüb.