Saxta pulla alışveriş edən şəxs saxlanıldı


Kriminal 26 Mar 2018 14:00:00 250 0

Saxta pulla alışveriş edən şəxs saxlanıldı

Siyəzən Rayon Polis Şöbəsinə müraciət edən Ruslan Hacıyev şəhərdəki bazarda ona məxsus piştaxtaya yaxınlaşmış naməlum şəxsin orada satıcı işləyən qardaşı Rüstəmə 5 ədəd 100 manatlıq əskinas verərək balıq məhsulları aldığını, sonradan həmin əskinasların saxta olduğunu müəyyən etdiklərini bildirib.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, R.Hacıyev həmin saxta əskinasları polisə təqdim edib.

Polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Təxirəsalınmaz tədbirlərlə saxta əskinaslarla alış-veriş etməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb.