Saxta pulla alış-veriş edən şəxs saxlanılıb


Digərləri 26 Mar 2018 13:28:49 219 0

Saxta pulla alış-veriş edən şəxs saxlanılıb

Şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.

Bakı. Siyəzən Rayon Polis Şöbəsinə müraciət edən Ruslan Hacıyev şəhərdəki bazarda ona məxsus piştaxtaya yaxınlaşmış naməlum şəxsin orada satıcı işləyən qardaşı Rüstəmə 5 ədəd 100 manatlıq əskinas verərək balıq məhsulları aldığını, sonradan həmin əskinasların saxta olduğunu müəyyən etdiklərini bildirib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, R.Hacıyev həmin saxta əskinasları polisə təqdim edib. Polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Təxirəsalınmaz tədbirlərlə saxta əskinaslarla alış-veriş etməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb.