Rusiyanın analitik mərkəzi: Aprel döyüşləri Ermənistan ordusunda bir sıra problemlərin olduğunu göstərdi


Digərləri 26 Mar 2018 11:54:00 466 0

Rusiyanın analitik mərkəzi: Aprel döyüşləri Ermənistan ordusunda bir sıra problemlərin olduğunu göstərdi

Silahlı Qüvvələrin şəxsi heyətinin artırılması problemi Ermənistanda ordu quruculuğunun aktual məsələlərindən biri olaraq qalır.

Bakı. Azad Həsənli - Silahlı Qüvvələrin şəxsi heyətinin artırılması problemi Ermənistanda ordu quruculuğunun aktual məsələlərindən biri olaraq qalır. Trend-in məlumatına görə, bu barədə Rusiyanın Strategiyaların və Texnologiyaların Təhlili Mərkəzinin "Fırtına gözləyərkən: Cənubi Qafqaz" adlı yeni kitabında deyilir. Qeyd olunur ki, ölkənin demoqrafik çətinliyi hərbi xidmətə çağırış yaşlı gənclərin sayında da əks olunub və hökumət bu problemin öhdəsindən gəlmək üçün təhsillə əlaqədar hərbi xidmətdən möhlət hüququnu ləğv edərək qanunvericiliyi sərtləşdirib: "Möhlət hüququ tələbə Müdafiə Nazirliyi ilə tədris müddətində hərbi hazırlıq keçmə və təhsil müəssisəsini bitirdikdən sonra hazırlığın tamamlanması haqqında müqavilə bağlayacağı halda verilir. Yekunda təhsildən sonra vətəndaş orduda iki deyil, üç il xidmət edir". Müvafiq qanun tənqidə məruz qalıb. Hesab edilir ki, bu, mühacirətə təkan verəcək, Silahlı Qüvvələrə isə daha az ali təhsilli şəxs cəlb olunacaq. Kitabda Azərbaycan Ordusunun strateji yüksəkliyi ələ keçirdiyi 2016-cı il aprel döyüşlərindən də bəhs olunub. Müəlliflər bildirirlər ki, bu döyüşlər Ermənistan Silahlı Qüvvələrinin texniti təchizatı ilə bağlı bir sıra problemlərin olduğunu nümayiş etdirdi: "Ümumilikdə aprel döyüşlərinin Ermənistan üçün acı nəticəsi ölkə rəhbərliyini Silahlı Qüvvələrin texniki təchizatı və modernləşdirilməsi işlərini aktivləşdirməyə məcbur etdi. Yekunda aprel döyüşlərindən sonra Ermənistanın kredit hesabına təcili olaraq silahlar alması zərurəti yarandı". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin