Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


Digərləri 26 Mar 2018 11:30:33 234 0

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Bakı. "InvestAZ" investisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib. EUR Dünya birjalarında EUR/USD məzənnəsi yenidən bahalaşaraq 1.2370$-ın üzərində ticarət edilməkdədir və 1.2419$, 1.2531$-a kimi də bahalaşa biləcəyi proqnozlaşdırılır. Qeyd etmək lazımdır ki, dünya birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərinin ucuzlaşması, avroya olan tələbin də artmasına səbəb olur. GBP GBP/USD məzənnəsi də 1.4160$-ın üzərində ticarət edilməkdədir. Burada da təhlillərə əsasən, qiymət 1.4218$-a kimi bahalaşarsa, artım dalğasının 1.4345$-a kimi güclənə biləcəyi proqnozlaşdırılır. Maliyyə bazarlarında İngiltərə Mərkəzi Bankının növbəti dəfə faiz artımına gedə biləcəyi gözləntilərinin artması funt sterlinqin bahalaşmasına təsir edir. TRY Türkiyə bazarlarında USD/TRY məzənnəsi 4.03TL-ə kimi bahalaşdıqdan sonra 3.97TL-ə kimi ucuzlaşıb. Beləliklə, qiymət 4.00TL-nin altında qaldıqca, ucuzlaşma 3.94TL-ə kimi də davam edə bilər.