Qaxda 57 yaşlı kişi quyuya düşdü


Digərləri 26 Mar 2018 10:53:00 253 0

Qaxda 57 yaşlı kişi quyuya düşdü

Qaxda 57 yaşlı kişi bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb

.

Son.az APA-ya istinadən xəbər verir ki, martın 25-də saat 19.00 radələrində Qax şəhəri, H. Z. Tağıyev küçəsi ev 1 ünvanında yaşayan 1961-ci il təvəllüdlü Ləqman Mehdi oğlu Əhmədov travmatikşok vəziyyətdə Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan APA-ya bildirilib ki, Ləqman Əhmədovun "Qax Taxıl" Açıq Səhmdar Cəmiyyəti müəssəsinin həyətindəki quyuya yıxılaraq ağır qapalı kəllə-beyn travması aldığı məlum olub. Xəstəxanada ilkin tibbi yardım göstərilən xəstə müayinə və müalicəsini davam etdirmək üçün Gəncə şəhərindəki xəstəxanalardan birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.