"Yer kürə deyil" dedi,


Digərləri 26 Mar 2018 11:00:00 298 0

"Yer kürə deyil" dedi,

Yerin kürə yox, müstəvi şəklində, düz olmasına sidq-ürəkdən inanan amerikalı Mayk Hyuz hazırladığı raketlə uçuş edib.

Son.az ABC-yə istinadən bildirir ki, 61 yaşlı Mark Hyuz ABŞ-ın Kaliforniya ştatında, Los-Anceles şəhərindən 320 km aralıdakı Mohave səhrasında eksperimentini gerçəkləşdirib.

Qarajda yığdığı və hazırladığı əldəqayırma, buxar mühərriki ilə işləyən "raket" vasitəsilə 520 metr yüksəkliyə qalxan M.Hyuz raketin buraxılış yerindən 450 metr aralıda paraşütlə enib.

Eniş zamanı raketin burnu parçalanaraq iki yerə ayrılıb. Həvəskar pilotsa xəsarət almayıb. O, sadəcə, belindəki ağrılardan şikayətlənib.


Xəbərə aid fotolar