Şəhriyar Məmmədyarov İddiaçılar turnirində həlledici görüşünü keçirəcək


İdman 26 Mar 2018 10:51:00 286 0

Şəhriyar Məmmədyarov İddiaçılar turnirində həlledici görüşünü keçirəcək

Bu gün Almaniyanın paytaxtı Berlində şahmat üzrə İddiaçılar turnirinin XIII turunun görüşləri keçiriləcək.

Goal.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov ağ fiqurlarla rusiyalı Aleksandr Qrişukla üz-üzə gələcək.

On bir turdan sonra hər iki qrossmeyster çinli Din Lijenlə birgə 6,5 xalla 3-5-ci yerləri bölüşdürür. Görüşü məğlub başa vuracaq şahmatçı turnirin qalibi olma şanslarını faktiki itirəcək.

Turun digər görüşləri:

Uesli So (ABŞ) - Sergey Karyakin (Rusiya)

Fabiano Karuana (ABŞ) - Levon Aronyan (Ermənistan)

Din Lijen (Çin) - Vladimir Kramnik (Rusiya)

Hazırda turnir cədvəlinə hərəyə 7 xala malik Karyakin və Karuana başçılıq edir. Şəhriyar Məmmədyarov, Aleksandr Qrişuk və Din Lijen hərəyə 6,5 xalla 3-5-ci yerləri bölüşür. Kramnik 5,5 xalla 6-cı, So 5 xalla 7-ci, Aronyan 4 xalla 8-cidir.