"Report": Bu həftənin önəmli qlobal iqtisadi xəbərləri - TOP-5


İqtisadiyyat 26 Mar 2018 10:22:31 264 0

"Report": Bu həftənin önəmli qlobal iqtisadi xəbərləri - TOP-5

Martın 30-da dünyanın bir sıra ölkələrində iş olmayacaq

Qlobal maliyyə bazarları üçün 26-31 mart həftəsinin ən vacib iqtisadi xəbərlərini ABŞ, Böyük Britaniya, avrozona, Kanada və Yaponiya açıqlayacaq.

"Report"un analitik qrupu həftənin bazara təsir edə biləcək ən vacib 5 iqtisadi xəbərini müəyyənləşdirib:

1) Martın 26-da ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) Nyu-York bölməsininrəhbəri Uilyam Dadli (William Dudley) və Klivlend bölməsinin rəhbəriəhbəri Loretta Mesterin çıxışları olacaq. İnvestorlar bu iki çıxışı təhlil edərək FED-in atacağı addımlar barədə yeni proqnozlar verməyə çalışacaq. Martın 27-də ABŞ-da istehlakçı inamı indeksi, martın 28-də isə 2017-ci ilin IV rübünün yekunu üzrə ümumi daxili məhsul (ÜDM) göstəricisi açıqlanacaq. Analitiklər sonuncu göstəricinin ilkin variantdakı 2,5%-dən 2,6%-ə yüksələcəyini ehtimal edir. Bu gün həmçinin ABŞ-ın neft ehtiyatlarının və hasilatının həcmiaçıqlanacaq;

2) Martın 29-da Bakı vaxtı ilə saat 12:30-da Böyük Britaniyada 2017-ci ilin IV rübünün ÜDM göstəricisi açıqlanacaq. Analitiklərin proqnozlarına görə, rüblük artım 0,4%, illik artım isə 1,4% təşkil edəcək və ingilis funt sterlinqinin məzənnəsində ciddi dəyişiklik olmayacaq;

3) Martın 29-da Almaniyada işsizlik göstəricisi açıqlanacaq. Bu göstəricinin0,1 faiz bəndi azalaraq 5,3%-ə düşməsi gözlənilir ;

4) Martın 29-da Kanadada yanvar ayı üzrə aylıq və illik ÜDM göstəricisi açıqlanacaq;

5) Martın 30-da Yaponiyada sənaye istehsalının həcmi, inflyasiya və işsizlik göstəriciləri açıqlanacaq.

Xatırladaq ki, martın 30-da bir sıra ölkələrdə keçirilən"ehtirasli cümə" bayramı ilə əlaqədarABŞ, Avstraliya, Kanada, Fransa, Honq-Konq, İtaliya, Yeni Zelandiya, Sinqapur, İspaniya, İsveçrə, Britaniya və Almaniyada iş günü olmayacaq.