Qadınların kişilərə nisbətən tez kökəlməsinin səbəbi FOTO


Digərləri 26 Mar 2018 10:06:12 295 0

Qadınların kişilərə nisbətən tez kökəlməsinin səbəbi  FOTO

Həzm prosesi şəxsiyyətiniz kimi fərdidir. Belə ki, həzm prosesiniz tamamilə yediyiniz qidalardan asılıdır. Əgər yediyiniz qidaların normal həzm olunmadığını düşünürsünüzsə, həzm prosesi ilə bağlı aşağıdakı məlumatları bilmək köməyinizə çatacaq.

Son.az Muscle boost Baku-ya istinadla xəbər verir ki, fərdi həzm faktorlarına bağlı olaraq qidanın bədəndə tam həzm olunma müddəti 24 saatdan 72 saata qədər davam edə bilər. Qidanın mədədən nazik bağırsaqlara keçmə müddəti 6-7 saatdır.

Yediyiniz ərzaqlar birbaşa olaraq həzm prosesinə təsir edir. "Məsələn, steyk bağırsaqlarda 1 gündən çox da qala bilər. Meyvələr isə 12 saatdan daha az müddətdə bağırsaqlarda qalır", - deyə sağlamlıq üzrə mütəxəssis Dr. Mehmet Öz "O, the Oprah Magazine" jurnalına müsahibəsində deyib.

Qəbul etdiyiniz qidalar həzm prosesinin sürətini artıra və ya azalda bilər. Məsələn, lifli qidalar (meyvə, tərəvəz və kəpəkli taxıl məhsulları) qəbul etdiyiniz zaman həzm prosesi sürətlənir. Buna səbəb isə sulu və yumşaq maddələrin bağırsaqlardan daha asan keçməsidir. Əgər kifayət qədər meyvə və tərəvəz qəbul etməsəniz, qida qalıqlarının quru və bərk olduğuna görə bağırsaqlardan keçməsi çətinləşəcək və bu da birbaşa həzm prosesinin uzanmasına səbəb olacaq. Həmçinin, idman hərəkətləri qidanın həzm prosesini sürətləndirir. Nikotin və kofein tərkibli qidalar və bəzi dərmanlar həzm prosesini yavaşladır.

Ümumilikdə qidanın həzm prosesi 24 saatdan 72 saata qədər davam edə bilər. Lakin bu, sizin qəbul etdiyiniz qidanın miqdarından və növündən, metobolizma sürətinizdən və cinsiyyətinizdən asılı olaraq dəyişir.

A Mayo Clinic-in araşdırmasına görə, qida qalıqları ortalama hesabla qadınların yoğun bağırsağında 47 saat, kişilərdə isə 33 saat qalır. Bu səbəbdən də qadınlar kişilərə nisbətən daha çox köklük problem ilə qaşılaşırlar. Onların həzm orqanları kişilərə nisbətən iri, bağırsaqları isə daha uzundur.

Qəbul edilən qidaların parçalanaraq bədən üçün yararlı hissələrin sovrulub, mikrobların və lazımsız vasitələrin bədəndən xaric olunması həzm prosesi adlanır.


Xəbərə aid fotolar