Bakıda Afrin Zəfər Festivalı keçiriləcək


Digərləri 26 Mar 2018 09:42:00 247 0

Bakıda Afrin Zəfər Festivalı keçiriləcək

Bakıda “Bayrağını al gəl! Türkiyəni sevən gəlsin!” şüarları altında Afrin Zəfər Festivalı keçiriləcək

Bakıda "Bayrağını al gəl! Türkiyəni sevən gəlsin!" şüarları altında Afrin Zəfər Festivalı keçiriləcək.

Son.az Trend-ə istinadən bildirir ki, Okuklu Holdinq İdarə Heyətinin sədri Yılmaz Okuklunun təşəbbüsü ilə keçiriləcək Festivalda Azərbaycanın və Türkiyənin görkəmli dövlət rəsmiləri, səfirlik nümayəndələri, millət vəkilləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, media nümayəndələri və ictimaiyyətin tanınmış simaları iştirak edəcəklər.

Afrin Zəfər Festivalına Türkiyədən "EkoAvrasya" İdarə heyətinin sədri Hikmet Eren, "EkoAvrasiya" Məşvərət Şurasının sədri, keçmiş millət vəkili Feramüz Üstün, Uşakdan olan millət vəkili Mehmet Altay, Kilisdən olan millət vəkili Reşit Polat, "ALT Yapım" rəhbəri Sacit Altun və başqaları qatılacaq.