Dahi yetişdirməyin yolu tapıldı: sən demə, o uşaqlar 10 qat...


Digərləri 26 Mar 2018 06:30:00 368 0

Dahi yetişdirməyin yolu tapıldı: sən demə, o uşaqlar 10 qat...

Tədqiqatçıların sözlərinə görə, artıq üçüncü sinifdən uşağın gələcəyini müəyyən etmək mümkündür. Potensial Eynştenyləri ibtidai məktəbdən tanımaq olar, amma onların əksəriyyəti öz istedadlarını düzgün istiqamətə yönləndirmirlər. Bəs problem nədədir?

Son.az xəbər verir ki, "Equality of Opportunity Project" araşdırmasının alimləri hansı uşaqların ABŞ-da yenilikçi kimi böyüdüyünü öyrənmək üçün riyazi test nəticələrini təhlil edib. Onların qənaətinə görə, uşaqların həyatının əvvəlində üzləşdiyi məhdudiyyətlər müəyyən edir ki, onlar cəmiyyətə dönüş yaradan ideyalar verəcək, ya yox.

Tədqiqatın müəllifi və Harvard Universitetinin aspirantı Aleks Bell bildirib ki, nəticəni öyrənəndə çox təəccüblənib:

"Artıq üçüncü sinifdən uşaqların elmi və riyazi testlərinə əsasən onlardan hansılarının yaradıcı olduğunu öyrənmək mümkün olduğunu biləndə bir az şoka düşdüm. Ancaq ən yaxşı qiymətləri olan şagirdlər belə yenilikçi və yaradıcı şəxsiyyət kimi yetişməyə bilər. Əlbəttə ki, onlar yüksək cəmiyyətdən olan oğlan uşaqları deyilsə. Məlum olub ki, ən yüksək gəlirli ailələrinin uşaqlarının orta və aşağı təbəqədən olan öz həmyaşıdları ilə müqayisədə ixtiraçı olmaq ehtimalı 10 qat daha yüksəkdir. Bundan başqa ağ dərili uşaqların novator olmaq ehtimalı qara dərililərdən 3 dəfə daha çoxdur".