Tənbəl xanımlar üçün SADƏ və EFFEKTLİ MASKALAR


Digərləri 26 Mar 2018 01:30:00 288 0

Tənbəl xanımlar üçün SADƏ və EFFEKTLİ MASKALAR

Zaman keçdikcə dərimiz öz gənclik təravətini itirir və müəyyən qulluq tələb edir. Amma bir çoxlarımız ya zaman azlığından, ya da sadəcə tənbəllikdən dərimizə yetəri qədər diqqət göstərmirik. Son.az ailem.az-a istinadən saatlarla vaxt ayırmadan hazırlayacağınız faydalı maska reseptləri verir. Bu reseptlərlə dəriniz sağlam və parıltılı hal alacaq.

1. Nəmləndirici maska

Sadəcə iki vasitə ilə cildinizin nəm faizini artıra bilərsiniz.

Bir ədəd yumurta sarısı ilə bir qaşıq südü kasada çırpın. Sonra üzünüzə kağız dəsmal yapışdırın. 5 dəqiqə saxladıqdan sonra ilıq su ilə təmizləyin.

2. Alma maskası

Almanın həm sağlıq, həm də gözəllik baxımdan əhəmiyyətli olduğunu hər kəs bilir.

1 ədəd almanı rəndələyərək kasaya qoyun. Sonra içərisinə 2 xörək qaşığı bal tökün. Qarışımı bütün üzünüzə vurun. İlıq su ilə 5 dəqiqə sonra təmizləyin.