Türkiyə öz ballistik raketini uğurla sınaqdan keçirib


Dünya 26 Mar 2018 01:15:11 295 0

Türkiyə öz ballistik raketini uğurla sınaqdan keçirib

Raketlərin sınaq buraxılışı Sinop şəhərindəki hərbi poliqonda baş tutub

Türkiyədə "Gökdoğan" və "Bozdoğan" adlı ilk yerli ballistik raketlər uğurla sınaqdan keçirilib.

“Report” "Anadolu"ya istinadən xəbər verir ki, raketlərin sınaq buraxılışı Sinop şəhəri ərazisindəki hərbi poliqonda baş tutub.

Sınaq zamanı mütəxəssislər tuşlama sistemi söndürüldükdən sonra raket mühərrikinin imkanlarını qiymətləndiriblər.

Həmçinin sınaq proqramına əsasən, Türkiyə 2018-ci ilin son rübündə hərəkətdə olan hədəfin vurulması üçün raketin yer qurğusundan və təyyarədən buraxılışını həyata keçirmək niyyətindədir.