Rusiyada ticarət mərkəzində yanğın nəticəsində 37 nəfər ölüb


Dünya 26 Mar 2018 00:20:37 225 0

Rusiyada ticarət mərkəzində yanğın nəticəsində 37 nəfər ölüb

43 nəfər xəsarət alıb, 70 nəfər itkin düşüb

Rusiyanın Kemerov şəhərində yerləşən "Zimnyaya vişnya" ticarət-əyləncə mərkəzində ("Qış albalısı") baş vermiş güclü yanğın nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb.

“Report” TASS-a istinadən xəbər verir ki, faciə nəticəsində daha 43 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanalara yerləşdirilib.

Təqribən 70 nəfər itkin düşmüş hesab olunur.