Əfqanıstanda məsciddə partlayış törədilib, ölənlər və yaralananlar var


Dünya 25 Mar 2018 21:08:00 302 0

Əfqanıstanda məsciddə partlayış törədilib, ölənlər və yaralananlar var

Əfqanıstanda baş verən partlayış nəticəsində 3 nəfər ölüb, azı 9 nəfər yaralanıb.

Son.az APA-ya istinadən bildirir ki, hadisə Herat şəhərində, məscidin girişində baş verib.

İlkin məlumata əsasən, məscidə hücum edən iki terrorçu-kamikadzelərdən biri üzərindəki partlayıcı qurğunu işə salıb, digəri mühafizəçilər tərəfindən məhv edilib.