"Made in Azerbaijan" çeşid artır, ixrac coğrafiyası genişlənir


Digərləri 25 Mar 2018 20:33:00 298 0

"Made in Azerbaijan" çeşid artır, ixrac coğrafiyası genişlənir

Son.az "Azərbaycan" qəzetinə istinadən yazını təqdim edir. 

Azərbaycanda uğurla reallaşdırılan iqtisadi islahatların prioritetlərindən biri ixracın genişləndirilməsi, "Made in Azerbaijan" brendi altında qeyri-neft məhsullarının istehsalının və ixracının təşviqidir. Artıq demək olar ki, Azərbaycan brendi dünyada şöhrət qazanmağa başlayıb.

Ötən il 3179 çeşiddə məhsul ixrac edilib

Məhsullarımızın xarici bazarlarda təşviqinin daha da gücləndirilməsi üçün atılan praktik addımlar öz müsbət nəticəsini verməkdədir. Ötən il "Made in Azerbaijan" brendi ilə 3179 çeşiddə məhsulun ixracı bunu deməyə əsas verir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın 2018-ci ilin fevral ayı üçün təqdim olunan növbəti sayında göstərilir ki, yanvar ayı ərzində qeyri-neft sektoru üzrə ixrac 123 milyon dollar təşkil edib. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar ayında qeyri-neft sektoru üzrə ixrac 1/3 həcmdə  artıb. İlin ilk ayı ərzində ən çox qeyri-neft məhsulları Rusiya Federasiyasına ixrac edilib (36.8 milyon dollar). Bundan başqa, Türkiyəyə 23 milyon, İsveçrəyə 17,9 milyon, Gürcüstana 11.3 milyon və Çinə 4.4 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Ən çox ixrac olunanlar - qızıl, xurma və polietilen

Yanvar ayı ərzində ixrac olunan qeyri-neft sektoru məhsulları arasında qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda) birinci yerdə qərarlaşıb (17 milyon dollar). Bu siyahıda ikinci yeri xurma (13 milyon dollar), üçüncü yeri isə xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen (9.7 milyon dollar) tutub.

Ümumiyyətlə, yanvar ayı ərzində meyvə-tərəvəz ixracı 35 milyon, plastmass və onlardan hazırlanan məmulatların ixracı 10 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 9 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 5 milyon, kimya sənayesi məhsullarının ixracı 3.6 milyon dollar olub.

2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar ayında meyvə-tərəvəzin ixracı 45 faiz, kimya sənayesi məhsullarının ixracı 36 faiz, pambıq ixracı 20 faiz artıb.

15 ölkəyə peyk telekommunikasiya xidmətləri ixrac edilib

"İxrac İcmalı"nda həm də xidmət ixracına yer ayrılıb. Göstərilib ki, 2018-ci ilin yanvar ayında "Azərkosmos" ASC tərəfindən dünyanın 15 ölkəsinə peyk telekommunikasiya xidmətləri ixrac edilib. Cari ilin ilk ayında "Azərkosmos" ASC peyk telekommunikasiya xidmətlərinin (Azerspace-1) ixracından 423 min dollar məbləğində gəlir əldə edilib. "Azərkosmos" ASC-nin yanvar ayında xidmət ixracı əsasən BƏƏ, Almaniya, Misir, Gürcüstan, Çin, Qırğızıstan, Kipr, CAR, Birləşmiş Krallıq, Ukrayna və digər ölkələrə olub.

78 ölkə, 556,6 milyon dollarlıq ixrac sifarişləri


Xəbərə aid fotolar