Azərbaycanda düzəldilən bu maketlər təəccüb doğurur VİDEO


Digərləri 25 Mar 2018 20:14:00 308 0

Azərbaycanda düzəldilən bu maketlər təəccüb doğurur  VİDEO

Mingəçevirli usta taxta, kağız və plastik materiallardan istifadə etməklə yelkənli və hərbi gəmilər, eləcə də müxtəlif təyinatlı təyyarələrin maketini hazirlayır.

Hazırladığı bəzi raketlərə isə motor qoyulsa, 200 metr hündürlüyə qalxir və yerə qayıdır.

Son.az bildirir ki, ilk baxışdan kiçik zavodu xatırladan əl işləri Mingəçevirdə Füzuli Əliyevə məxsusdur. Burada suda, havada hərəkət edə bilən texnikaların maketləri hazırlanır. 35 ildən artıqdır bu işlə məşğul olan şəhər sakini bacarıqlarını tələbələrinə də öyrətməyə çalışır. Ustanın əsas xammalı taxta, kağız və plastik materiallardır. Hazırda 2 yelkənli, 1 hərbi gəmi üzərində çalışan sənətkar əl işlərinə xeyli zaman sərf etdiyini deyir.

Ustanın düzəldiyi təyyarələr havaya qalxaraq 16 metrlik məsafədə dairəvi hərəkət edə bilir. Həmçinin burada müasir qırıcıların maketləri də hazırlanır. Əl işləri sırasında diqqət çəkənləri isə raketlərdir. 200 metr hündürlüyə qalxan qurğular paraşütü açıldıqdan sonra rahat şəkildə yerə qayıdır.