Yaponiya sahillərində 6,1 maqnituda gücündə zəlzələ olub


Dünya 25 Mar 2018 19:42:47 273 0

Yaponiya sahillərində 6,1 maqnituda gücündə zəlzələ olub

Sunami təhlükəsi elan olunmayıb

Yaponiya sahillərində 6,1 maqnituda gücündə zəlzələ baş verib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin seysmoloji xidməti məlumat yayıb.

Yeraltı təkanlar bazar ertəsi Tokio prefekturasının Xatidze yaşayış məntəqəsindən 50 km cənub-şərqdə və Honsyu adası sahillərinin 255 kilometrliyində qeydə alınıb.

Zəlzələnin ocağı yerin 40 km dərinliyində yerləşir.

Dağıntı və tələfat barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.