Lənkəranda qəza nəticəsində iki nəfər ağır xəsarət alıb


Sosial 25 Mar 2018 18:36:45 242 0

Lənkəranda qəza nəticəsində iki nəfər ağır xəsarət alıb

Yaralılardan biri kişi, digəri isə qadındır

Lənkəranda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistralının Girdəni kəndindən keçən hissəsində baş verib.

"90-GX-902" dövlət qeydiyyat nişanlı "Toyota" markalı avtomaşınla "QAZ-3110" markalı "10-UE-210" dövlət qeydiyyat nişanlı maşının toqquşması nəticəsində, ilkin məlumata görə, ikinci avtomobilin sürücüsü və qadın sərnişin xəsarət alıb.