Perunun sabiq prezidentinə ölkəni tərk etmək qadağan olundu


Dünya 25 Mar 2018 13:30:00 240 0

Perunun sabiq prezidentinə ölkəni tərk etmək qadağan olundu

Peru məhkəməsi martın 24-də prezident postundan istefa vermiş Pedro Pablo Kuçinskiyə yarım il ərzində ölkəni tərk etməyi qadağan edib.

Son.az APA-ya istinadən bildirir ki, 79 yaşlı P. P. Kuçinskinin yarım il ərzində ölkəni tərk etməsinə qadağa qoyulması korrupsiya ittihamı ilə əlaqədardır.