Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 99 illiyi münasibətilə Bakıda veloyürüş keçirilib FOTO


Digərləri 25 Mar 2018 12:27:00 296 0

Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 99 illiyi münasibətilə Bakıda veloyürüş keçirilib  FOTO

Martın 28-də Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 99 illiyidir.

Ümummilli Lider Heydər Əliyevin 23 mart 1997-ci il tarixdə imzaladığı Sərəncamla hər il 28 mart Azərbaycan Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur.

Son.az-ın DTX-nin saytına istinadən verdiyi məlumata görə, peşə bayramı ərəfəsində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) nəzdindəki Velosiped İdman Klubunun (VİK) təşkilatçılığı ilə Bakıda veloyürüş keçirilib.

Veloyürüşdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev, DTX VİK və AzVİF-in üzvləri, eləcə də həvəskar velosipedçilər iştirak ediblər.


Xəbərə aid fotolar