Göygöldə külək daş hasarı maşının üzərinə aşırıb - FOTO


Sosial 25 Mar 2018 09:58:44 316 0

Göygöldə külək daş hasarı maşının üzərinə aşırıb - FOTO

Nəticədə xəsarət alan olmayıb

Göygöl rayonunda gecə saatlarında əsən güclü külək yaşayış evlərindən birinin daş hasarını aşırıb.

"Report"un Qərb bürosunun məlumatına görə, nəticədə yerli sakin Abbasov Araz Çingiz oğluna məxsus "VAZ-2114" markalı minik avtomobili uçulan hasar daşlarının altında qalıb.

Avtomobilə ciddi ziyan dəyib. Sürücü həmin zaman maşında olmadığı üçün xəsarət almayıb.

Rayon ərazisində küləkli hava şəraiti davam edir.