Xorvat futbolçu meydanda öldü


İdman 25 Mar 2018 10:50:00 285 0

Xorvat futbolçu meydanda öldü

25 yaşlı xorvatiyalı futbolçu Bruno Boban matç zamanı sinəsindən aldığı zərbə nəticəsində ölüb.

Goal.az xəbər verir ki, "Marsoniya" futbol klubunun "facebook" səhifəsində hadisənin "Marsoniya" və "Slavoniya" komandaları arasında qarşılaşmanın 15-ci dəqiqəsində baş verdiyi bildirilib. Zərərəçəkənə tibbi yardım göstərmək üçün meydançaya həkimlər gəliblər. Lakin onlar futbolçunun həyatını xilas edə bilməyiblər.

Oyunçunun ölüm səbəbi hələlik məlum deyil.