Qazaxda piyadanın ölümünə səbəb olan sürücü saxlanılıb


Sosial 25 Mar 2018 10:08:05 287 0

Qazaxda piyadanın ölümünə səbəb olan sürücü saxlanılıb

Ağır xəsarət alan piyada xəstəxanaya aparılan zaman yolda keçinib

Qazax rayonunda piyadanın ölümünə səbəb olaraq hadisə yerindən qaçan sürücü saxlanılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, 2002-ci təvəllüdlü Vəliyev Məmməd Rövşən oğlu Birinci Şıxlı kəndi ərazisində yolu keçərkən "Mercedes" markalı avtomobil tərəfindən vurulub.

Ağır xəsarət alan piyada xəstəxanaya aparılan zaman yolda keçinib.

Hadisəni törədərək ərazidən uzaqlaşan 1986-cı il təvəllüdlü sürücü İbrahimov Ramin Həmid oğlu bir müddətdən sonra saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.