Xəzər sahillərindəki qanunsuz tikililərin sökülməsi üçün məhkəmələrə müraciət edildi


Digərləri 25 Mar 2018 10:07:00 294 0

Xəzər sahillərindəki qanunsuz tikililərin sökülməsi üçün məhkəmələrə müraciət edildi

Xəzər dənizinin sahilboyu zolağında özbaşına aparılan tikililərin sökülməsi məqsədi ilə sənədlər aidiyyatı məhkəmələrə təqdim edilib.

Son.az Trend-ə istinadən bildirir ki, Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələrində mövcud olan 140 obyektdə monitorinq aparılıb. Nəticədə Torpaq Məçəlləsinin 46-cı maddəsinin tələblərinin pozulması ilə bağlı olan 46 hal üzrə inzibati xəta törədən şəxslər 388 min manat cərimə edilib.

Monitorinq nəticəsində aşkarlanmış 34 zəbtolunma faktı üzrə sənədlər Daxili İşlər Nazirliyinə göndərilib.